Ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Çin Xalq Respublikasındakı səfirliyimizdə yaradılan seçki məntəqəsində yerli vaxtla səhər saat 12:00-dək adları seçici siyahısında olan vətəndaşların təxminən 30 faizi səsvermə hüququndan istifadə edib.
Məntəqə seçki komissiyasından bildiriblər ki, heç bir qanun pozuntusu qeydə alınmayıb./Azərtac/