Sabah I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək. İmtahanda 28955 abituriyentin iştirakı gözlənilir.
Teleqraf.com-un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, imtahan ölkənin 11 bölgəsində aparılacaq.
İmtahanda iştirak edən abituriyentlər bu ilin məzunlarıdır: “Onlar bu yaxınlarda buraxılış imtahanlarını veriblər. Ümidvarıq ki, ali məktəbə qəbul imtanahlarında da yaxşı nəticə göstərəcəklər”.
Məleykə Abbaszadənin sözlərinə görə, gələn həftənin ikinci günü nəticələr elan olunacaq.
Sevil