Bu gün saat 00:30 radələrində Ağstafa rayonu Hüseyn Arif küçəsi ərazisindən dəm qazından zəhərlənmə şübhəsi ilə 3 nəfər (kişi cinsli) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 1995, 2002 və 2004-cü il təvəllüdlü şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri stabil qiymətləndirilir. Müalicələri xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Zəhərlənənlərin hərbçi olduğu iddia edilir. Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlamışıq, dəqiqləşmə aparılır.