15 Aprel 2017 14:39
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə birgə mütəmadi olaraq, sosial inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2016-cı ildən başlayaraq iki il müddətində icra edilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsidir.

Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi gender əsaslı zorakılıqla mübarizədə effektiv cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Bu layihənin əsas komponentlərindən biri də məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanmasıdır.

Bu məqsədlə beynəlxalq ekspertin Bakıya işgüzar səfəri nəzərdə tutulub. Səfərin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək – Milli Əlaqələndirmə Şurasının yaradılması üzrə tövsiyələr hazırlamaqdır.

Qeyd edək ki, ekspert insan hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq səviyyədə fəaliyyət göstərir. Eyni zamanda həmin ekspertin iştirakı ilə cari il aprelin 20-21-də BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə təlimlərin keçirilməsi nəzərdə tutulub.


Müəllif:

Oxşar xəbərlər