23 May 2017 08:05
984
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Pəncab əyalətində anadan olmuş Çahad Qumar adlı uşaq görənləri təəccübləndirir.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, dayanmadan yemək istəyən uşaq 8 ay ərzində 17 kiloqrama çatıb. Normal ağırlıqda dünyaya gələn Çahad Qumar hazırda 4 yaşlı uşağın ağırlığına çatıb.

“Daeyli Meyl” qəzetinin məlumatına görə, 8 aya bu qədər kökələn və davamlı yemək istəyən uşağın xəstəliyinin səbəbi hələlik məlum deyil.

Uşağın anası Rina Çahaddan əvvəl bir oğlan uşağını doğum vaxtı itirdiyini, ona görə də qızını qorumaq istədiyini deyib. Çahad yemək verilməyəndə ağlayır, hər yemək yeyəndə təxmini 4 uşağın yeməyini yeyir.

İlhamə Əbülfət


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər