Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Teleqraf.com-a bildirib ki, iyul ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur:
"İyul ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə, arasında dəyişəcək".
Bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir:
"Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arası dəyişəcək".
Hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.