22 Avqust 2017 01:53
1 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayon sakini Hafis Quluyev ötən gün rayondakı dükanlardan birindən 10 kq-lıq un alıb.

Teleqraf.com” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, evdə un kisəsi açıldıqdan sonra isə unun içindən müxtəlif həşərat və qurdlar çıxıb.

Un kisəsinin üzərində məhsulun istehsal tarixi və saxlanma müddəti göstərilməyib.

Məhsulu istehsal edən şərkət isə ittihamla razılaşmayıb.

Ekspertlər bildirir ki, belə vəziyyətlərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edilməlidir. Unun içindən qurdların çıxması faktı təsdiqlənərsə istehsalçı şirkəti 1500 manata qədər cərimə gözləyir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər