31 Avqust 2017 14:10
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan dövlət sərhədində növbəti monitorinq insidensiz başa çatıb. Ermənistan tərəfinin iddiası əsassızdır.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Müdafiə Nazirliyinin mətbuat katibi Vaqif Dərgahlı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayanın ATƏT-in monitorinqi zamanı Azərbaycanın silahlı qüvvələrinin atəşkəsi pozması barədə iddialarına cavab olaraq deyib.

Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan tərəfindən monitorinqdə iştirak edən beynəlxalq nümayəndələr atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar.

Qeyd edək ki, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru, Saymon Tiller və Martin Şuster keçirib.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər