Azərbaycanın əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aşıq Ədalətlə (Nəsibov) vida mərasiminin keçiriləcəyi yer dəqiqləşib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Çobanov məlumat verib.
O qeyd edib ki, mərhumla vida mərasimi sabah saat 12:00-da oğlunun evində baş tutacaq: "Aşıq Ədalət vida mərasimindən sonra Bakıdakı qəbiristanlıqlardan birində dəfn olunacaq. Hələlik dəfnin yeri ilə bağlı məsləhətləşmələr aparılır".