“Azəriqaz” İstehsalat Birliyi daha 240 nəfəri ixtisara salıb. Belə ki, birliyin layihə-konstruktor bürosu ləğv edilib. Artıq orada çalışanlara xəbərdarlıq olunub.
Bu məlumat virtualaz.org saytına layihə-konstruktor bürosundan verilib.
Qeyd edək ki, layihə-konstruktor bürosu əvvəllər Layihə İnistitutu kimi fəaliyyət göstərib. Büro layihə-smeta sənədlərinin hazırlanması ilə məşğul olub.
“Bir neçə gün öncə “Azəriqaz”da idarə rəislərinin iştirakı ilə iclas olub. Bu qərar da həmin iclasda verilib” - deyə xəbərdə bildirilir.
“Azəriqaz”dan fakta münasibət öyrənmək mümkün olmadı.