Türkiyənin FOX telekanalında yayımlanan “Savaşçı” serialının 22-ci bölümündə Azərbaycanla bağlı səhnələr də yer alıb.
Teleqraf.com xəbər verir ki, serialın bu bölümündə Şimali İraqda 6 azərbaycanlı mühəndisin qaçırılmasından bəhs edilib. Məsələ ilə bağlı Azərbaycan Türkiyədəki səfiri ölkənin xüsusi təyinatlılarından dəstək istəyir və müsbət cavab alır.
Xüsusi təyinatlıların komandiri əsgərlərini başına yığaraq onlara Azərbaycan bayraqlarını paylayaraq, bu bayrağın həm də onların bayrağı olduğundan çıxacaqları əməliyyata daha həssas yanaşmalarını istəyir.