27 Dekabr 2017 20:09
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanların həyatları boyu əldə etmək üçün uğruna mübarizə apardıqları "xoşbəxtlik" məfhumu seminar mövzusu olub.

Bütün dünyanı ağuşuna alan iqtisadi böhranla mübarizə şəraitində insaları maddiyyatdan daha çox mənəvi - dincliyə, psixoloji qələbəyə yönləndirmək və ümumilikdə mötivasiya etmək məqsədilə dekabrın 24 də Central Park oteldə "Xoşbəxtliyin formulu" adlı seminar keçirildi.

Teleqraf.com xәbәr verir ki, publisist yazar Rübabə Sahibin moderatorluğu ilə həkim-terapevt, psixoterapevt Afət xanım Əsgərzadənin təqdimatında keçirilən seminarda 40 nəfərə yaxın qonaq iştirak edib..
Moderator Rübabə Sahib tədbiri açıq elan edərək, öncəliklə Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Daha sonra təlimçi Afət Əsgərzadə də iştirakçıları salamlayıb, bayram təbriklərini dilə gətirib.
Seminarda xoşbəxtliyi əldə etməyin yolları və qızıl qaydaları, xoşbəxtlik hormonlarımızı tarazlamağı və beləliklə, sağlam qalmağın mümkünlüyü, eləcə də xoşbəxtliyin iqtisadi, sosial, dini-kültürәl əsasları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Media nümayəndələrinin də iştirakı ilə 3 saat davam edən seminar psixo-nevroloji konsultasiya, Kofe-breyk, lotoreya yarışı, maraqlı hədiyyələrlə yadda qalıb.


Müəllif: Xəzər Süleymanlı

Oxşar xəbərlər