2014/2015-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirilmiş qəbul başa çatıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Teleqraf.com-a verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb və 29786 abituriyent qeydiyyatdan keçib. Onlardan 14891 nəfəri bu ilin, 14895 nəfəri isə əvvəlki illərin məzunu olub. Ümumilikdə 23740 abituriyent tələb olunan müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
NİGAR