12 İyun 2018 17:12
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 aprel 2018-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birlyinin təşkilatçılığı ilə icra olunan “Ermənistanın Azərbaycana qarşı apardığıişğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirlərə yekun vurulub.

Layihə çərçivəsində 15 may 2018-ci il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında gənc rəssamlar arasında “Qara Bağ – Qaranlığın palitrası” adlı rəsm müsabiqəsi keçirilib.

Bundan başqa, layihə çərçivəsində “Qara Bağ – Ekoloji terrorun annotasiyası” adlı qısametrajlı sənədli film hazırlanıb.

Filmin üç təqdimat mərasimi keçirilmişdir. Belə ki, 05 iyun 2018-ci il tarixdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində, 07 iyun 2018-ci il tarixdə Ağstafa Gənclər Mərkəzində və 12 iyun 2018-ci il tarixdə Şəmkir rayon Heydər Əliyev Mərkəzində keçirilən təqdimat mərasimlərində gənclərin müxtəlif təbəqələri, yerli icra hakimiyyəti aparatının əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları və digər idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. .

Qeyd edirik ki, sənədli film QHT TV tərəfindən hazırlanmışdır. Filmdə ekologiya üzrə mütəxəsislər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları iştirak etmişlər. Filmin səsləndirilməsi Xalq artisti Məmməd Səfaya məxsusdur.

Layihənin rəhbəri “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birlyinin sədri Tükəzban Süleymanovadır.

Layihəyə 15 iyul 2018-ci il tarixdə yekun vurulacaqdır.


Müəllif: Teleqraf.com