16:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Kobaxidze qazaxıstanlı həmkarı Oljas Bektenovla görüşüb.

Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Qazaxıstanın hökumət evində keçirilmiş görüşdə iki ölkə arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq müzakirə olunub.

Tərəflər ticarət-iqtisadi əlaqələrin inkişafının müsbət dinamikasını və bu istiqamətdə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının rolunu qeyd ediblər.

Baş nazirlər 2024-cü ildə ticarət dövriyyəsində illik müqayisədə qeydə alınmış 25%-lik artımı müsbət qiymətləndiriblər. Görüşdə ixracın həcminin artırılması potensialı da müzakirə edilib və bu istiqamətdə mövcud imkanlardan tam istifadənin vacibliyi vurğulanıb.
İ.Kobaxidze O.Bektenovu Gürcüstana rəsmi səfərə dəvət edib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər