UEFA Fransanın "Lion" klubunu Avropa Liqasından kənarlaşdırmayıb.
Teleqraf.com xəbər verir ki, qurum maliyyə problemlərinə görə "Lion"un şərti diskvalifikasiyasının aradan qaldırılması ilə bağlı bəyanət yayıb.
"2024-cü ilin dekabrında Klubların Maliyyə Nəzarəti Təşkilatının Birinci Palatası (CFCB) "Lion"un 2024-cü il üçün maliyyə hesabatlarının biznesin davamlılığının əsas prinsipinə uyğun olmadığını müəyyən edib. Kluba 30 yanvar 2025-ci il tarixinədək audit rəyi ilə müşayiət olunan maliyyə hesabatlarını təqdim etməyi tələbi qoyulub.
“Lion” lazımi tədbirləri görüb və qeyd olunan şərtləri müəyyən edilmiş vaxt çərçivəsində yerinə yetirib. Nəticədə, CBFC Birinci Palatası şərti diskvalifikasiya tətbiq etməmək qərarına gəlib", - bəyanatda deyilir.
Qeyd edək ki, "Lion" UEFA Avropa Liqasının Liqa mərhələsini 15 xalla 6-cı pillədə bitirib və 1/8 finala birbaşa vəsiqə qazanıb. Fransa klubu turnirin V turunda Bakıda "Qarabağ"ı 4:1 hesabı ilə məğlub edib.