26 Noyabr 2018 19:05
1 358
12 Punto 14 Punto 16 Punto 18 Punto

26 dekabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində qoşunların qarşıdurma xəttində təxribat törətməyə cəhd edərkən saxlanılmış və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 may 2015-ci il tarixli hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Ermənistan hərbçisi 1994-cü il təvəllüdlü Baqdasaryan Arsen Eduardoviçin Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyana müraciət ünvanlayıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası əsir-girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi ilə bağlı müraciəti ictimaiyyətə təqdim edib.

Arsen Baqdasaryan özünün yazdığı müraciətinin ictimaiyyətə açıqlanmasını Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından xahiş etmişdir.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Arsen Baqdasaryan öz bəyanatında bildirib ki, həm onun, həm də Azərbaycan tərəfinin insanpərvərliyinə güvənərək bu addımı atır.

"Hər iki respublikanın hörmətli ziyalıları təcridxanalarda qohumları və yaxınları ilə ayrılıqdan əziyyət çəkən insanların olması faktını nəzərə alaraq sizə müraciət etmək cəsarətində bulunuram. Sizdən xahiş edirəm ki, diplomatik münasibətlərin mövcud olmamasına baxmayaraq qısa müddətdə öz xalqınızın xilası üçün addımlar atasınız. Axı deyirlər ki, çıxılmaz vəziyyətlə olmur. Mən də buna inanıram. Bu vəziyyətdə olan bir insan kimi Ermənistanda əsirlikdə olan insanların hansı hislər keçirdiyini yaxşı başa düşürəm. Hörmətli Baş nazir, əgər həqiqətən də siz öz xalqınızın qayğısına qalırsınızsa hər iki tərəfdən əzab çəkən insanlarla bağlı Azərbaycandan olan opponentlərinizlə konsensusa gəlməyinizi xahiş edirəm. Əgər mən öz müraciətimdə diplomatik protokolda yol verilən normaları aşmışamsa buna görə məni bağışlayın. Öz müraciətimlə sizdən xahiş edirəm ki, əsirlikdə olan insanların vəziyyətini yüngülləşdirəsiniz", deyə müraciətdə bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər