28 Avqust 2014 14:07
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident prezident İlham Əliyev Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Bulaqlı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə məlumat verib. Bildirilib ki, ikinci texniki dərəcəli yolun uzunluğu 72 kilometr, eni isə 15 metrdir. Tikintinin gedişində layihə üzrə yol üzərində 8 yeni körpü tikilib, 109-u yolda, 63-ü yanaşma yollarda olmaqla 172 suötürücü boru qoyulub və digər infrastruktur işləri görülüb. Bütün bunlar ətraf kəndlər də daxil olmaqla bu istiqamətdə yerləşən rayonların əhalisinin daha rahat və təhlükəsiz hərəkətinə geniş imkanlar açıb.

Səxavət


Müəllif: