Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə növbəti Əmək yarmarkası bu gün, avqustun 28-də Goranboy rayonunda keçirilib.
Teleqraf.com xəbər verir ki, bu aktiv məşğulluq tədbirində rayon ərazisində fəaliyyət göstərən 9-u özəl sektora aid 26 müəssisədən ümumilikdə 251 boş (vakant) iş yeri işsiz və işaxtaranlara təklif olunub. Onların sırasında sosial cəhətdən həssas əhali qruplarına aid vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota üzrə iş yerləri də olub. Yarmarkada 50 nəfər vətəndaşa boş (vakant) iş yerlərinə göndəriş verilib.
Dövlət Məşğulluq Xidməti tərəfindən sabah, avqustun 29-da respublikanın daha iki rayonunda - Kürdəmir və Samux rayonlarında da Əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.
SEVİL