16 Fevral 2019 12:57
498
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda fəaliyyət göstərən universitetlərin böyük əksəriyyətinin kitabxanaları bərbad vəziyyətdədir. Halbuki kitabxana universitetin əsas atributudur”.

Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.

Onun sözlərinə görə, universitet kitabxanasının zənginliyi rektorun kitaba olan münasibəti ilə birbaşa bağlıdır:

“Tələbə və müəllimlər kitabxanadakı kitablardan çox az istifadə edirlər. Bu yaxınlarda olduğum böyük universitetlərin birində kitaba olan sayğısızlığın şahidi oldum. Danışanda kitabların sayını önə çəkirlər. Halbuki həmin say sovet vaxtında olan sayla üst-üstə düşür.

Keyfiyyətli kitabxana kitabların funksionallığı ilə bağlıdır. Müəllimlər keçdikləri fənlərdən yeni ədəbiyyatlardan istifadə etmirlər. Bir çox hallarda ötən əsrin 70-80-ci illərinin dərsliklərində istifadə olunur.

Təəssüflər olsun ki, rektorların böyük kəsiminin kitab oxumaqla arası yoxdur. Elə düşünürlər ki, oxuyub qurtarıblar. Kitab oxuyan rektor həm də təhsilin keyfiyyətinin yüksəlməsinə də çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər