30 Avqust 2014 11:11
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim yazılar, mətnlər və onların batinində gizlənən sirli şifrələr hər zaman insanlar üçün maraqlı olub. Avropa bu istiqamətdə fəal elmi araşdırmalara başlasa da bu cür yazı və gizli kodlarla zəngin olan Azərbaycanda hələ ki, əsaslı tədqiqat işləri aparılmır.

Teleqraf.com modern.az-a istinadən bu sahədə mütəxəssis olan Firudin Gilar Bəg kimi tanınan araşdırmaçı Firudin Kərimovla müsahibəni təqdim edir:

- Bakıda doğulmuşam, o vaxtkı Politexnik İnstitunu bitirmişəm. Əvvəllər istehsalatda işləmişəm və öz şirkətlərimi yaratmışam. Lakin sonradan tariximizi öyrənməyə və qədim mənbələri araşdırmağa başlamışam. Beləcə sufizmin dərin qatlarının mənalarını dərk etməyə çalışmışam.

- Qədim yazılı mənbələr və əlifbalarda şifrə altında gizli qalan məqamlar araşdırmaq bir mütəxəssis üçün nə dərəcədə çətindir?

- Qədim yazıların gizli mənalarını adi insanın dərk etməsi qeyri mümkündür. Mütləq ya mürşid, yəni yol göstərən müəllim olmalıdır, ya da insanda fitri istedad olmalıdır. İnsan ürəyi gizli informasiyaları qəbul etmək qabiliyyətində olanda, o sirləri dərk etməyə başlayır. Başqa yol yoxdur.

- Qədim yazılarda insanın mənşəyi, hardan gəlib , hara getdiyi kimi məqamlar hansı üsullarla əks olunub?

- Bütün sirlər rəmzi mənada, müxtəlif insanların adlarına yazılıb. Yalnız bilənlər bilir ki, söhbət haradan və kimdən gedir. Yalnız rəmzləri oxuyanlar bunları anlayır və nəyin kimə aid edildiyini dərk edir. Bütün qədim sirlər yazılarda rəmzlərlə yazılıb. Dünyada heç bir sirr yoxdur. Lakin bu sirləri anlayıb üzə çıxarmaq lazımdır.

- Hər səs, hər naxış bir simvolikadır. Gizli rəmzlər sanki bizi gizlədib, bizə görsətmir. Özümüz-özümüzü görmək üçün nə edə bilərik?

- Bəli! Hər samit və hər rəqəm bir simvoldur. Bu simvolları anlamaq lazımdır ki, söhbəti nədən getdiyini biləsən. Biz yalnız bu sirləri dərk etmək üçün çalışsaq və bunları araşdırsaq, özümüzü və keçmişimizi dərk edə bilərik. Bunun üçün elmi şərait yaradılmalıdır. Köhnə məntiqdən birdəfəlik ayrılmaq lazımdır. Bu – mənası olmayan boş işdir. Onsuz da gec-tez insanlar bunu dərk edəcək. Biz indi fəaliyyətə başlasaq bütün dünyanı, heç olmasa bu sahədə qabaqlayarıq.

- Ən sirli detallardan biri də sufi miniatürləridir. Oradakı gizli məxəzləri açaraq Allaha gedən yolun sirlərini öyrənmək olarmı?

- Təkcə miniatürlə uzağa getmək olmaz. Bu sistemdir. Rəmzlər hər yerdədir və bunlara kompleks yanaşılmalıdır. Yalnız kompleks yanaşılanda hər şey tam açılacaq və sirr qalmayacaq.

- Klassik ədəbiyyatımızda ezoterik məqamlar daha çox hansı mütəfəkkirlərin əsərlərində rast gəlinir?

- Bütün klassik ədəbiyyatın ikinci – gizli mənaları var. Son 3 əsrə qədər bütün yazarlar rəmzlərlə yazılıb. İstər Azərbaycan olsun, istər yunan, istər ingilis. Fərqi yoxdur. Son dövrlərə qədər hamı rəmzlərlə yazırdı. Avropada da son dövrə qədər yazılanların “quş dili”ndə yazılması nəzərə çatdırılırdı.

- İnsan öz daxili aləmində eşqə gedən yolları necə aça bilir?

- İnsan öz daxili aləmində eşqi yalnız kamilləşmə yolunu tutmaqla aça bilər. Bunu üçün səy, istəy və saleh əməl lazımdır. Bəziləri eşq dedikdə heyvani qüvvələri nəzərdə tutur. Əsl eşq isə yalnız Allaha və peyğəmbərə olan eşqdir ki, bu da İlahi enerji ilə bağlıdır.

- İnsan bu yolların xəritəsini hansı gizli kodlarda qoruyub saxlayır?

- Bu əsasən genetik kodlarda saxlanılır. İnsan genində İlahi ilə vəhdət olubsa, onda bu yolun xəritəsi ona açıla bilər. Gen burada əsas göstəricidir.

- “Yeddi gözəl” kainatdan alınan enerjinin sayəsində yazılmışdı?

- Bütün qədim yazılar, elm, fəlsəfə - Ali İlahi Varlığn, yəni Allahın diqtəsi ilə, Onun insan ürəyinə göndərdiyi informasiya hesabına yazılıb. “Yeddi Gözəl” də həmçinin. Burada “yeddi” rəmzi, göydə “7 günə” yaradılmış Qeyb aləminin, bu aləmi özündə saxlayan Allahın rəmzidir. İlahi enerjinin bu aləmə axıb tökülməsi hesabına göydə insan ruhları üçün cənnət yaranmışdır.

- İnsanlarda baş verən idraki proseslər “enerji vibrasiyyaları”nı necə hərəkət etdirir?

- Yalnız İlahi nəsillər, yəni İlahla vəhdətdə olan insanlar, “Vəhdət əl Vücud” sisteminə əsasən İlahi enerjinin vibrasiyalarına təsir edə və onları hərəkətə gətirib, öz istədiklərinə nail ola bilirdilər. İlahla vəhdətdə olanlar söz və fikri hesabına təbiətə aktiv təsir edirdilər. Çünki onlar kosmik insan olan Adəmin - Atum Allahının obrazı ilə yaradılmışlar və Onun prototipi hesab olunurlar. Magiyanın “Bənzər - bənzər yaradar” (qomeopatik magiya) qanununa görə onlar da qədimdə Allah kimi İlahi qürdətə sahib olmuşdular.

- Enerji insanı hansı sirli dünyalara aparacaq?

- İlahi enerjinin yenidən insanlara qayıtması hesabına, axirətdən sonra yenidən “Qızıl əsr” başlayacaq və insanlar 100 il yaşamadan ölməyəcəklər. Əsl xoşbəxtlik onda başlayacaq və 5500 il əvvəlki xoşbəxt həyat yenidən bərpa olunacaq.


Müəllif:

Oxşar xəbərlər