3 Sentyabr 2014 14:19
2 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın tanınmış həkimi, həkim Əlfəddin Abdullayev 85 yaşında rəhmətə gedib.
AzNews.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist İlhamiyyə Rza öz “Facebook” səhifəsində yazıb: “Ekranda simasını görən kimi üzümüzdə təbəssüm yaranırdı, hamı onu məşhur komediya aktyoru Lui de Fyunese bənzədirdi. Amma bu tək zahiri bənzərti deyildi.

Əlfəddin doktor (onu məhz belə çağırırdı hamı) eləbir komediya ustası qədər pozitiv, müsbət və dərin insan idi. İstənilən sağlamlıq məsləhətini onlarla atalar sözləri, zərb məsəllərlə müşaiət edərdi.

Onun verdiyi məsləhətlərin arxasından bir xeyirxahlıq, həqiqətən də bizim sağlam olmağımız istəyi aydın hiss olunurdu. Tanıyanlar onun nurlu və gülər üzünü hələ çox xatırlayacaqlar. Vaxtilə Ali Sovetin deputatı olub, 29 il 4 saylı Şəhər Xəstəxananın baş həkimi olaraq çalışıb, uzunillər sağlamlıq verilişləri hazırlayıb, amma nə yazıq ki, əməkdar həkim adına belə, layiq görülməyib. Səbəb heç vaxt ad-san arxasınca düşməməsi idi.

Vaxtilə ABA kanalında çalışdığım zaman, Əlfəddin doktor da orda veriliş aparırdı. Hamımız onu istər ekranda, istərsə də ABA dəhlizlərində rastlaşanda heyranlıqla, sevgiylə izləyərdik... Bu günsə, onun dünyasını dəyişməsi barədə heç yerdə məlumata rast qəlmədim...

Məhrum bu gün Oğuzun Qumlaq kəndində torpağa tapşırılıb. Onun bu deymi isə xüsusilə yadda qalıb: “Sağlamsansa, xoşbəxtsən, borcun yoxdursa, varlısan”.

Allah rəhmət eləsin


Müəllif: