Teatrşünas-tənqidçi Anar Burcəliyevin “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” adlı yeni kitabı nəşr olunub.
Teleqraf.com xəbər verir ki, kitabda 1989-2018-ci illəri əhatə edən dövrü mətbuatda nəşr olunan məqalələr toplusu cəmlənib.
“Aytac Nəşriyyat Poliqrofiya” MMC-nin nəfis tərtibatı ilə nəşr olunan kitabın elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar artist Xəzər Gəncəli, redaktoru isə Eşqin Nağıyevdir.
Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Burcəliyev respublikada çapdan çıxan qəzet və jurnallarda 400-dən artıq məqalə, ressenziya, oçerklərin və eləcə də müsahibələrin müəllifidir.
Anar Burcəliyev “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı” (Ensklopedik məlumat 2 fəsildə) və “Qoşa qanad” kitablarının müəllifidir.
“Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim” kitabı isə müəllifin sayca beşinci kitabıdır.