4 İyun 2019 17:08
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda mövcud rejim çox davam edə bilməz. Adətən, belə quruluşlar içəridən çürüməyə başlayır.

Bunu İran ətrafındakı vəziyyəti Teleqraf.com-a şərh edən professor Firudin Cəlilov deyib.

Firudin Cəlilov qeyd edib ki, İran vətəndaşları ölkənin müxtəlif şəhərlərdə dəfələrlə ayağa qalxaraq etiraz aksiyası keçirib: “Buna səbəb nədir, niyə insanlar narazıdır? Onlar deyirlər ki, biz neft çıxarırıq, sən satıb pul qazanırsan. Bu pulu əhliyə yox, Suriyaya, Livana, Fələstinə, Yəmənə xərcləyirsən. Yəni başqa dövlətlərin işinə qarışmaq naminə əhalini ac saxlayırsan.

Milli mənsubiyyətinə fərq qoymadan deyim ki, İranda əhalinin indiki quruluşdan narazı olmasının əsas səbəbi budur”.

Professorun əlavə edir ki, İranın “Hizbullah” Təşkilatına dəstəyi, Suriyada müəyyən silahlı qüvvələrə yardımı ı, Yəməndə Husiləri silahlandırması kimi faktlar Yaxın Şərqdə marağı olan xarici gücləri qıcıqlandırır: “Bu səbəbdən vəziyyət indiki duruma gəlib çıxıb. ABŞ başda olmaqla güclü bir platforma İranda hakimiyyəti, ümumilikdə siyasi sistemi dəyişmək istəyir.

Açığı, mən inanmıram ki, ABŞ, İsrail və ya İngiltərə İranın parçalanmasına razı olsun. Bunu heç kim istəmir, bu səbəbdən İrana qəti həmlə etmirlər, sadəcə onu sıxışdırırlar. İranı blokadaya alıb sıxırlar ki, əhali özü ayağa qalxıb siyasi quruluşu dəyişsin.

Fikrimcə, İranda siyasi rejim dəyişəcək, amma onun yerinə hansı sistemin gələcəyi vacib məsələdir. Mümkündür ki, bizim soydaşlarımızla münasibətdə molla rejimindən də qəddar rejim gəlsin.

Həm də müharibə başlasa, İranı bombalasalar bunun əks-sədası region ölkələrində özünü göstərəcək. Qaçqınlar, humanitar böhran yaranacaq. Bu durumu diqqətlə analiz edəndə görürsən ki, bu kimi hallara qarşı Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı lazımdır. Fikrimcə, müharibə ssenarisində buna hazır olmaq lazımdır. Yəni bir neçə ssenari ola bilər”.


Müəllif: Cavad

Oxşar xəbərlər