12 İyun 2019 13:00
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BP-Azərbaycan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli Türkmənistanda keçiriləcək I Xəzər İqtisadi Forumuna həsr olunmuş dəyirmi masada “Xəzər dənizində neft-qaz layihələri” mövuzunda çıxış edib.

Teleqraf.com xəbər verir ki, o, Xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkərək, mövcud zəmində Xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığının gecləndirilməsindən bəhs edib. B.Aslanbəyli, həmçinin Xəzər hövzəsi neft-qaz layihələrinin XXI əsrdə ən səmərəli və strateji enerji lahiyələrindən olduğunu iştirakçıların diqqətinə çatdırıb.

“BP-Azərbaycan” rəsmisi qeyd edib ki, Türkimənistanın Cənub Qaz Dəhlizinə qoşulmaq imkanı var:
“Xəzəryanı ölkələrdə neft-qaz, neft-kimya sənayesi inkişaf edib. Yəni, region təkcə neft-qaz ehtiyatları ilə zəngin deyil, həm də neftayırma, neft-kimya sənayesi sahəsində də böyük potensiala malikdir”.

AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə “Xəzəryanı ölkələrdə elmi-innovativ əməkdaşlığın davamlı inkişafının əsasları” mövzusunda çıxış edib. O, daha çox humanitar məsələlərə diqqət çəkib.

R.Mirzəzadə Xəzər Gününün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Alim dünyanın ən böyük qapalı su hövzəsinin çirkəndiirlməsinə də diqqət çəkib. O, səfirə müraciətlə deyib ki, Xəzərin sahillərinin heç də hamısı Avaza kimi turistik yer deyil:

“BMT-nin dayanıqlı inkişafla bağlı 17 tələbi var. Həmin tələblərin hamısı Xəzərə aiddir. Burada iqlim, ətraf mühitin qorunması, biomüxtəliflik və s. kimi məsələlər daxildir”.

R.Qonaqov Xəzər Günü təklifi ilə bağlı bildirib ki, 12 avqust tarixinin Beynəlxalq Xəzər Günü kimi elan edilməsi ehtimalı yüksəkdir. Türkmənistan səfiri M.İşankuliyev də təklifin forumda müzakirəyə çıxarılacağını qeyd edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər