Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin “Aydın yol” adlı qəzeti fəaliyyətə başlayacaq. Bu barədə kulis.az-a qurumun mətbuat işləri üzrə müşaviri Fərid Hüseynov məlumat verib. Onun sözlərinə görə, hələlik qəzetin açılması üçün hazırlıq işləri gedir.
F. Hüseynov bildirib ki, qəzetin satışı və abunəsinin həyata keçirilməsi də planlaşdırılır.
Müşavir qəzetdə çalışacaq əməkdaşlara veriləcək əmək haqqının məbləği barədə də danışıb: "Aydın yol” qəzetində əmək haqları təqribən 500-600 manat olacaq və bu məbləğdən vergi də tutulacaq".