26 Avqust 2019 14:05
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınların qarşısının alınmasına Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin, Aviasiya dəstəsinin, Mülki Müdafiə Qoşunlarının və regional mərkəzlərinin canlı qüvvə və texnikası cəlb olunub.

FHN-in Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Lerik, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına FHN-in 900 nəfərdən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 4 helikopteri və 1 “BE 200 ÇS” tipli amfibiya təyyarəsi cəlb olunub.


Müəllif: Teleqraf.com