14 Sentyabr 2014 20:29
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

2013-cü ilin I yarısında Azərbaycan iqtisadiyyatına cəlb edilmiş xarici kapitalın ümumi həcmi 3,9 milyard dollar təşkil edib ki, burada neft-qaz sektorunun xüsusi çəkisi 85,3 faiz səviyyəsində olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc edilən tədiyyə balansında deyilir.

Bu investisiyalar Azərbaycan ərazisində əsasən "BP Exploration Ltd" ("Şahdəniz") və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən "Azəri-Çıraq-Günəşli" yatağında aparılan neft-qaz layihələri çərçivəsində işlərin maliyyələşdirilməsi məqsədilə istifadə edilib.

AMB-nin hesablamalarına əsasən, qeyri-neft sektoruna cəlb edilmiş birbaşa investisiyaların həcmi 569 milyard dollar olub ki, bu da ölkəyə cəlb edilmiş birbaşa investisiyaların ümumi həcminin 14,7 faizini təşkil edib.


Müəllif:

Oxşar xəbərlər