14 sentyabrda Almaniya Parlamentinin iki millət vəkili cənab Dok. Peter Ramzauer və Daqmar Vörl Gəncədə şirin su stansiyasının açılışında iştirak edib.
Teleqraf.com xəbər verir ki, söhbət Gəncədə içməli su təchizatının yaxşılaşdırılması üçün yenidənqurma kredit layihəsinin birinci hissəsindən gedir. Sonra alman millət vəkilləri Göygöl-də GİZ-in dəstəyi ilə muzeyə çevrilməsi nəzərdə tutulan Viktor Klein-nın evini ziyarət edib.
Millət vəkilləri 13-18 sentyabr tarixlərində Bakıda olacaqlar. Onlar Almaniya və Azərbaycan arasında iqtisadiyyat və inkişaf əməkdaşlığı, təhsil sahəsində əməkdaşlıq və alman şirkətlərinin Azərbaycanda fəaliyyəti haqqında təəssürat almaq istəyirlər.