19 Sentyabr 2014 16:58
2 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 16–18-də Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda rəsmi səfərdə olub.

Daxili Qoşunların mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərin birinci günü general-mayor Ş.Məmmədov Belarusun Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-mayor Yuri Karayevlə görüşüb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Y.Karayev Ş.Məmmədovu səmimi salamlayaraq, Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əməkdaşlıqdan məmnunluğunu vurğulayıb.

Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Belarusa rəsmi səfərinin əməkdaşlığın uğurlu inkişafına dəstək verəcəyini bildirib.

Səfər çərçivəsində Ş.Məmmədovu Belarusun daxili işlər naziri milis general-mayoru İqor Şuneviç qəbul edib. Görüş zamanı Belarusun daxili işlər naziri hər iki dövlətin müvafiq qrumları arasında münasibətlərin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

Səfər proqramına uyğun olaraq, Azərbaycan nümayəndə heyəti Belarusun Daxili Qoşunlarının müxtəlif təyinatlı hərbi hissələrində xidməti-döyüş fəaliyyəti ilə tanış olub.

Nümayəndə heyəti həmçinin, Belarusun tarixini əks etdirən muzey kompleksini və Belarus Daxili Qoşunlarının mərkəzi muzeyini ziyarət edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər