24 Sentyabr 2014 17:36
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabr ayının 24-də Binəqədi rayonunda bir qrup fiziki imkanı məhdud şəxslərin rəsm əsərləri və digər əl işlərinin sərgisi keçirilib, ifalarında konsert proqramı nümayiş etdirilib. Teleqraf.com-un məlumatına görə, Binəqədi Rayon İcra Hakimiyyəti və “İstedadlı Əlillər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkili Adil Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov, fiziki məhdudiyyətli şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər