22 May 2020 17:49
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda Qaraçılar məhəlləsində yoluxma halları yüksəkdir.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Biz orada müayinə və müalicə prosesini davam etdiririk. Lakin təəssüf ki, bəzi vətəndaşlarımız hüquq-mühafizə orqanlarına kobud davranış sərgiləyirlər. Biz sizin sağlamlığınız üçün çalışırıq".

O bildirib ki, simptomlu xəstənin nəticələri müsbət çıxdıqda, onunla təmasda olan şəxs aşkarlanaraq, karantinə alınır: "Jurnalistlər arasında 3 əməkdaşda yoluxma faktı qeydə alınıb. Yaxın günlərdə bununla bağlı məlumat veriləcək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər