24 May 2020 19:37
811
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Signify" şirkətinin rəhbərliyi ilə Azərbaycan Prezidentinin videogörüşü ölkəmizin qeyri-neft sektorundakı uzun müddətli texnoloji əməkdaşlığının sübutu kimi qəbul olunmalıdır. Məlum olduğu kimi “Signify” 1891-ci ildə yaradılıb, 74 ölkədə fəaliyyət göstərir, 140 ölkədə isə xidmət və məhsul satışı həyata keçirir, işıqlandırma avadanlıqları, sistemləri və xidmətləri sahəsində dünyada birinci yerdə olmaqla yanaşı, 10 “yaşıl” şirkətdən biridir. Dünyanın bu cür böyük və aparıcı şirkətlərindən birinin Azərbaycanla əməkdaşlığa can atması həm ölkəmizin nüfuzundan, eləcə də yaradılmış əlverişli biznes və sərmaye mühitindən qaynaqlanır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyev "Signify" şirkətinin rəhbərliyi ilə videosöhbətdə səsləndirilən fikilərə münasibət bildirərəkən deyib.

O hesab edir ki, dünyadakı bu cür aparıcı trendlərin Azərbaycana gətirilməsi, ölkəmizin bu şirkətlərlə əməkdaşlığı çox uğurlu bir addım kimi qiymətləndirilməlidir:

"Bilirsiniz ki, Azərbaycanda həyata keçirilən “Ağıllı şəhər” layihəsinin ilk olaraq Bakı və Sumqayıtda reallaşdırılması nəzərdə tutulub. Lakin artıq prezidentin də qeyd etdiyi kimi, rəqəmsallaşma prossesinin, ağıllı sistemlərin quraşdırılmasının bütün ölkə boyu həyata keçirilməsi istiqamətində işlər aparılır. İşıqlandırma sistemi özü də “Ağıllı şəhər” layihəsinin tərkib hissələrindən biridir, desək, yanılmarıq. “Signify” şirkəti isə yuxarıda da qeyd etdiyim kimi, bu sahədə dünyada bir nömrəli şirkət hesab olunur".

Yusif Bağırzadə bildirib ki, bu cür işıqlandırma sistemlərinin tətbiqinin bir sıra üstünlükləri mövcuddur ki, onlarda da ən başlıcası qənaətlə bağlıdır: "Layihənin gerçəkləşdirilməsi nəticəsində böyük miqdarda enerjiyə qənaət ediləcək. Belə ki, yeni işıqlandırma sistemlərində lampaların enerji sərfiyyatı indikilərdən 7-8 dəfə azdır. Bu isə öz növbəsində enerji itkisinin qarşısını almaqla yanaşı işıqlandırma üçün çəkilən xərcləri də azaldacaq.

"Signify" şirkətinin rəhbərinin Prezident İlham Əliyevlə müzakirələrdə səsləndirdiyi fikirlər bir daha sübut edir ki, Azərbaycan hətta iqtisadi çətinliklərin baş alıb getdiyi indiki dövrdə belə dünyanın aparıcı şirkətləri üçün əhəmiyyətli tərəfdaş olaraq qalmaqda davam edir".

Keçirilən görüş Azərbaycanın bundan əvvəlki razılaşmalara sadiqliyini nümayiş etdirmək baxımından da olduqca əhəmiyyətli idi. "Prezident "Signify" şirkəti ilə müzakirələrdə Azərbaycanın ən müasir texnologiyaların qəbuluna hərtərəfli hazır olduğunu sübut etdi. Ölkə başçısının müasir texnologiyaları qəbul etmək üçün yetərli insan kapitalına malik olduğumuz barədə fikirləri strateji əhəmiyyət daşıyır. Bu, Qərb şirkətlərində Azərbaycanın həqiqətən də müasir texnologiyaları qəbul etməyə hazır olması ilə bağlı bir daha əminlik yaradır".


Müəllif: Aysel Azad