3 İyun 2020 19:49
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar ola bilər ki, indiyədək alışmadıqları sərt karantin rejimini yaşadı və qaydaları pozmağa meyilli oldu.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib.

"Bunun nəticəsində son günlərdə yoluxmalarda ciddi say yüksəlişi ilə qarşı-qarşıyayıq. Bəzi insanlar qaydaları pozmağa cəhd edirlər, bu, kütləvi halda da baş verir. Təəssüflər olsun ki, ötən gün metropoliten ərazisində DİN əməkdaşlarına müqavimət göstərməyə cəhd baş verdi və bu, tərəfimizdən qəbul edilmir. Ziyalılarımız bununla bağlı sosial şəbəkələrdə, KİV-də xalqımıza müraciət edirlər. Təəssüf ki, bu müraciətlərə biganə münasibətin şahidi oluruq", - o bildirib.

R.Bayramlı qeyd edib ki, Sumqayıt şəhərindəki xəstəxana tam olaraq xüsusi rejimli xəstəxanaya çevrilib:

"Bu cür xəstəxanaların artması digər tibbi xidmət sahələrinə təsir göstərə bilər. Bu günə qədər regionlarımızda tibbi xidmətin heç bir sahəsində axsamaya yol verilməyib. Əməkdaşlarımız növbəlilik sistemində 24 saat çalışır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər