7 İyul 2020 23:57
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, məlumata əsasən bu gün ölkədə 8474 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 334 nəfər reanimasiyada, 60 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 21 374 nəfər virusa yoluxub, 12 635 nəfər sağalıb.

Qeyd olunub ki, bu gün 7102 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 529 875 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxub, 453 nəfər sağalıb, 7 nəfər isə vəfat edib.


Müəllif: Teleqraf.com