Ölkəmizdə fəaliyyət göstərən bütün laboratoriyalar E-TƏBİB elektron sisteminə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Naxçıvandakı yoluxma statistikası da bu sistemə daxildir. Naxçıvan Muxtar Respublikası izolyasiya şəraitində olan ərazidir. Bu isə pandemiya dövründə onlara müsbət təsir göstərdi".