21 Avqust 2020 17:04
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirusa (COVID-19) 162 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O bildirib ki, son sutka ərzində 2 nəfər virusdan dünyasını dəyişib:

"İndiyədək ölkədə ümumilikdə 34921 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 682 nəfər müalicə olunaraq sağalıb, 512 nəfər vəfat edib, 1 727 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5986 , bu günə qədər isə ümumilikdə 86 1788 test icra olunub".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər