21 Avqust 2020 08:11
241
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yoluxucu Xəstəliklərlə Mübarizə“ İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının göstərdiyi maliyyə yardımı hesabına “Koronavirus pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə sosial dəstəyin göstərilməsi” adlı layihəni həyata keçirdi.

Birlikdən verilən məlumata görə, koronavirus pandemiyasının gətirdiyi bəla hamıya məlumdur. Bundan da ən çox aztəminatlı ailələr ziyan çəkmişdir. Buna görə dövlət bu dövrdə bu cür ailələrə yardım göstərmişdir və göstərməkdə də davam edir.

"Bu məqsədlə “Yoluxucu Xəstəliklərlə Mübarizə“ İctimai Birliyi Bakı şəhəri, Binəqədi rayonunda yaşayan 64 ailəyə əvvəlcədən müəyyən edilmiş siyahı əsasında sosial dəstək göstərmişdir. Belə ki, müəyyən edilmiş hər ailəyə "Azərpoçt"un 1 saylı filialından hər birinin içərisində 50 manat olan kuponlar göndərilmişdir. Kuponlar "Araz" Supermarket MMC-dən alınmışdır. Bu da Bakı şəhərinin istənilən Araz supermarket mağazasından həmin kuponlar vasitəsi ilə istədikləri ərzaq məhsullarını ala biləcək həmin aiələrə kiçik də olsa bir dəstəkdir. Onu da qeyd edək ki, təşkilatımız xeyriyyəçiliklə bağlı olan bu nəcib işi böyük məmnuniyyətlə həyata keçirmişdir".


Müəllif: Teleqraf.com