Ölkəmizdə tətbiq olunan karantin qaydaları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
"Qaydalara riayət etmək hər kəsin borcudur. Başqaları tərəfindən bu proseslərin qiymətləndirilməsi aidiyyatı orqanlar tərəfindən həyata keçirilir", - deyə qeyd edib.
TƏBİB rəsmisi vurğulayıb ki, aidiyyatı orqanlar ictimai iaşə müəssisələrində monitorinqlər aparırlar.