Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Teleqraf.com xəbər verir ki, layihə üzrə şair Səidə Sübhinin “Ozanın monoloğu” adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Əsər Türkiyənin “Zengin Yayıncılık” nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.