Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində koronavirus testi müsbət çıxmış şəxslərin yaşadığı ünvanı tərk edib-etməməsi yoxlanılarkən rayonun Sədan kənd sakini Rufanə Əliyevanın karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən R.Əliyeva satıcı kimi işlədiyi mağazada aşkarlanaraq yaşadığı ünvana qaytarılıb.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Siyəzən RPŞ-də araşdırmalar aparılır.