23 Dekabr 2020 11:12
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünya yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı ölüm-dirim mübarizəsi aparır. Elm adamları gələcəkdə təbii ehtiyatların həddindən artıq istifadəsi səbəbindən daha böyük epidemiyaların olacağını təxmin edirlər.

Teleqraf.com xəbər verir ki, 1976-cı ildə ebola virusunu kəşf edən professor Jan-Jak Myembe COVID-19 pandemiyasının aysberqin bir üzü olduğunu, bəşəriyyətin Afrikanın tropik yağış meşələrindən çıxan, növü bilinməyən bir sıra yeni və potensial ölümcül viruslarla qarşılaşdığını deyib.

O, Qərb və Afrika alimlərinin xüsusi araşdırmaları davam etdirdiyini qeyd edib: "İndi yeni patogenlərin ortaya çıxacağı bir dünyadayıq. İnsanlar yeni növ koronavirus epidemiyasından daha çox şeyə hazır olmalıdırlar".

Tədqiqatçı Myembe daha çox zoonoz xəstəliklərin (heyvandan insana keçən) yaxınlaşdığı barədə xəbərdarlıq edib: “Yeni növ koronavirus sarı qızdırma, müxtəlif növ qrip, quduzluq, QİÇS, brusellyoz və lyme xəstəliyi tez-tez heyvanlardan insanlara gəmirici və ya böcək kimi bir vektorla keçən xəstəliklərə səbəb olur. HİV virusu bir şimpanze növündən insanlara sıçrayaraq dünya miqyasında epidemiyaya çevrildi.

COVID-19-un Çində ehtimal ki, yarasalarda olduğu düşünülür. Gələcəkdə baş verəcək xəstəliklərin yeni növ koronavirus pandemiyasından daha pis nəticələrə səbəb olacağını düşünürəm”.

Jan-Jak Myambe virusların erkən tapılması üçün investorlara və siyasətçilərə çağırış edib: "Afrikada yeni bir virusun ortaya çıxması onun bütün dünyaya təsir göstərməsi deməkdir. Lakin bu virus erkən aşkar edilərsə, dünyanın bu xəstəliyə qarşı yeni strategiyaları inkişaf etdirməsi üçün bir fürsət olacaq. Virusları erkən aşkarlamaq üçün elmi laboratoriyalara investisiya yatıran hökumət və təşkilatların əhəmiyyətli rolu var”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər