25 Fevral 2021 09:10
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Teleqraf.com-a verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.


Müəllif: Teleqraf.com