Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 30-da Rusiya Federasiyasının Kabarda-Balkar Respublikasına səfərə yola düşür.
QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə məqsəd Nalçik şəhərində keçiriləcək “Ənənəvi dinlər: mötədilliyə və mehriban qonşuluğa çağırış” mövzusunda beynəlxalq elmi konfransda iştirak etməkdir.
Kabarda-Balkar Respublikasının Ruhani İdarəsinin QMİ-nin himayəsi ilə keçirdiyi konfransın işində dünya miqyasında tanınmış müsəlman din xadimləri, islam təhsil müəssisələrinin rektorları, nüfuzli ictimai xadimlər iştirak edəcəklər.
QMİ sədri konfransda məruzə ilə çıxış edəcək.
BƏXTİYAR