28 Aprel 2021 09:50
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunun işğaldan azad edilən 3037 hektar əkin sahəsi mina və partlamamış sursatlardan təmizlənib.

Bu barədə Teleqraf.com-a Ağdam rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, ərazilərin minalardan təmizlənməsi prosesi davam etdirilir: "Hələlik rayonun işğaldan azad edilən əkin sahələri təmizlənir. Təmizlənmiş sahələrin 2200 hektarına buğda əkilib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər