6 May 2021 12:13
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaksinasiya strategiyasının əsasında könüllülük, şəffaflıq və ədalət prinsipi dayanır. 18 yanvardan başlayaraq ölkəmizdə genişmiqyaslı vaksinasiya aparılır.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.

Onun sözlərinə görə, tibb işçilərinin 90 faizə qədəri peyvənd olunub: "Təhsil sektorunda çalışanlar da bu rəqəmə çatır. Bu gün çarpayı fondumuzda yatan xəstələrin sayı azalmaqdadır. Reanimasiyada olan xəstələrin sayı azalsa da, yaşlı qruplar üstünlük təşkil edir.

Dünyada vaksinasiya prosesi gedir. Ölkə başçısının uğurlu siyasəti nəticəsində ölkəmizə vaksin gətirilməsi davam edir. Bəzi elmi çevrələrdə vaksinasiyanın mövsümü xarakter daşıyacağı söylənilir. Ola bilər ki, qrip kimi virus əleyhinə mövsümü vaksinasiya aparılsın. Bunun üçün işlər aparılır və davamlı olaraq ölkəmizə vaksinlər gətiriləcək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər