Kəlbəcər rayonunun Susuzluq kənd istiqamətində media nümayəndələri ilə birgə minaya düşərək həlak olan Kəlbəcər Rayon İcra Hakimiyyətinin Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini 1983-cü il təvəllüdlü Arif Ağalar oğlu Əliyev dəfn olunub.
Teleqraf.com xəbər verir ki, onun cənazəsi Göygöl rayonunda yerləşən Kəlbəcər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
***
Dünən Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində bir qrup media nümayəndələri ilə birlikdə minaya düşərək həlak olan Susuzluq kənd icra nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu bu gün Göygöl rayonunda son mənzilə yola salınır.
Teleqraf.com-un bölgə müxbirinin verdiyi məlumata görə, mərhumla Göygöl rayonunda məskunlaşdığı Xasa Bağı qəsəbəsindəki evində vida mərasimi keçirilir.
Vida mərasimində mərhumun yaxınları ilə yanaşı Kəlbəcər rayon İcra Hakimiyyəti Aparatının rəsmiləri iştirak edir. Arif Əliyev Göygöl rayon Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, Arif Əliyev ailəli və 3 uşaq atasıdır.