9 Sentyabr 2021 11:41
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonu Xurşud kənd sakini Əsədov Əkbər Rauf oğlu yaşadığı evdə təbii qazın kəsilməsi, həmçinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olmaq üçün ona torpaq sahəsinin ayrılması ilə bağlı rayon prokurorluğuna müraciət edib.

Bu barədə Teleqraf.com-a Salyan rayon Prokurorluğundan bildirilib.

Əkbər Əsədov dərhal rayon prokurorluğu tərəfindən qəbul edilməklə ona müraciətində əks etdirdiyi məsələlərin həlli ilə bağlı hərtərəfli köməklik göstərilib.

Prokurorluğa müraciət edərək məmnun qalan Əkbər Əsədov Baş Prokurorluğun sosial şəbəkə hesabına minnətdarlığını ifadə etdiyi videoçarxı göndərməklə ictimailəşdirilməsini xahiş edib.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən qeyd olunan videoçarx ictimaiyyətə təqdim olunur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər