23 Sentyabr 2021 17:41
344
12 Punto 14 Punto 16 Punto 18 Punto

23 sentyabr 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müşavirənin keçirilməsində məqsəd yeni tədris ilinin başlanması ilə əlaqədar sözügedən şəhər və rayonların orta ümumtəhsil məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin 2, 5 və 6-cı siniflərinin sinif rəhbərlərinə mülki müdafiəyə aid keçiləcək mövzular, bu sahədə mövcud problemlər və onların həlli yolları istiqamətində metodiki köməklik göstərmək olub.

Tədbirdə mövzuya dair suallar ətraflı cavablandırılıb, müzakirələr aparılıb.


Müəllif: Teleqraf.com