18 Yanvar 2022 11:48
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir şəxs başqası üçün rahat şəkildə bilet ala bilər.

Teleqraf.com xəbər verir ki, bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bilet kimin üçün alınacaqsa, onun məlumatları daxil edilməlidir: "Ödəniş zamanı bank kartı ilə bağlı məhdudiyyət yoxdur. İstənilən şəxsin bank kartı ilə ödəniş edilə bilər. Lakin heç kəs biletini başqasına verə bilməz. Bilet üzərindəki QR kod vasitəsilə oxunur və avtobusa daxil olan zaman şəkli yoxlanılaraq səfərdə iştirak təmin edilir".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər